Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

Sovet Azərbaycanın izləri hafizələrdə necə qorunur? (video)


«Bakı fəhləsi» abidəsi, 22 may 2008
«Bakı fəhləsi» abidəsi, 22 may 2008
Sahil bağındayam. Bakılıların çoxu isə bu bağı «26-lar bağı» kimi xatırlayırlar. Sovet dövründə burda «26 Bakı komissarı»nın şərəfinə abidə ucaldılmışdı. Bağ təmirə dayanandan sonra abidə də, komissarların nəişi də burdan aparılıb.

Bir qədər əvvəlsə Bakıda komissarlardan Əzizbəyov və Çaparidzenin heykəlləri də götürüldü. Beləliklə, sovet Azərbaycanın izləri silinməkdədir. Bəs sovet Azərbaycanın izləri hafizələrdə necə qorunur, yoxsa oradan da silinir? Bu sualla paytaxt sakinlərinə müraciət etdik:

«-Bu gün rus ordusunun Azərbaycanı işğal etdiyi gündür. Son vaxtlar sosialist yönümlü gənclərin artdığın hiss edirəm. Amma artıq bu keçilmiş dövrdür. Geri qaytarmaq mümkün deyil. Keçmiş sistemlə indikini müqayisə etmək imkanı var;
(yazı videonun altında davam edir)
Azərbaycan "donuz qripi"ndən necə qorunur
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
28 aprel bakılıların yaddaşında
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00


-Sovet dövründə müstəqillik bir az çoxdu, yaşamaq asandı. Sosializmin qurulmasına cəhd ola bilər. Amma əleyhinəyəm. Azərbaycan müstəqilliyini artırsa daha yaxşı olar.

-Hardan bilirsiniz sovet dövründə yaşamaq asan idi?

-Valideynlərimiz danışıblar.
-Bəs repressiyalardan danışıblarmı?
-Ondan da danışıblar. Amma deyirlər ki, onda iş tapmaq da asan idi, qiymətlər də yaxşıydı;

-İndiki dövranımı, indiki vətənimi çox istəyirəm. Müstəqil Azərbaycanı;

-Çox gözəl günləriydi. İndi də dövr yaxşıdır. Bəzi məqamlar olmasa;

-Mənim üçün təfavütü yoxdur;

-Rus vaxtında yaxşıydı. 75 manat mən neyləyim?»

«Demokratiyaya gedən uzun yol» kitabının müəllifi, politoloq Hikmət Hacızadə isə bu fikirdədir ki, cəmiyyətdə keçmişə nostaljinin və ya solçuluğa meyllərin artıb-azaldığını müəyyənləşdirmək üçün elmi sorğular keçirilməlidir. İkincisi, hətta bu cür meyllər varsa da, bu cəmiyyətdəki məyusluğu göstərir:

Hikmət Hacızadəyə görə, düşüncələri dəyişməyin bircə yolu var - vəziyyəti dəyişmək
«Ola bilər ki, camaat baş verənlərdən məyus olub və bu qənaətə gəlib ki, Azərbaycan öz-özünü idarə edə bilmir. Gərək qıraqdan kimsə ağ adam gəlib onları idarə etsin. Ya rus olsun, ya avropalı, ya da amerikalı...»

«Doktor Ravik» imzasıyla tanınan Məsud Qəniyev də solçulardandır. Onun fikrincə, 28 aprel Azərbaycan tarixində ən gözəl gündür. Hətta bunu lotereyada cek-potu udmaq kimi qiymətləndirir. O sovet dövrünün üstünlüklərini bu cür görür. Savadsızlıq ləğv edildi, işçilərə pulsuz ev verildi, səhiyyə xidmətləri və təhsil pulsuz idi və sairə… Sovet dövründəki repressiyalar haqqında isə deyir ki, möhkəmlənmək istəyən dövlət öz düşmənlərini məhv edirdi. Onun qənaətincə, sovetlərlə müqayisədə indiki Azərbaycanda mənəvi terror daha güclüdür:

«Bizim ölkədə liberal dəyərlər yoxdur. Bizdə dəyərsizlik var. Sovet İttifaqında isə məqsəd yeni insan tipi yaratmaq idi…»

Politoloq Hikmət Hacızadə də təəssüflə deyir ki, Azərbaycan müstəqil olduğu 18 ildə liberal dəyərlər doğrudan da oturuşa bilmədi. Ona görə yox ki cəmiyyət hazır deyildi. Sadəcə, buna imkan verilmədi.

«Liberal rejim bizdə olmayıb. Bizdə kriminal kapitalizm, monopoliya, monarxiya var. Buna etiraz olaraq gənclər arasında Çe Gegevara fason ovqat hiss edirik. Radikal ideologiyalar qabağa düşür. Solçuluq deyəndə bu solçuluq da deyil. İnqilabçılıqdır artıq. Həm ideoloji inqilabçılıq var, həm radikal islam inkişaf edir. Bunlar hamısı rejimlə bağlıdır».

Məsud Qəniyevsə etiraf edir ki, Azərbaycanda sosializmə meyl elə də güclü deyil:

«Burda inqilab gözləmirəm. Solçuluq da, kommunizm də axsayır, çünki arxasında kitab yoxdur. Leninin «Dövlət və inqilab» kitabı yoxdur. Bizdə ideya yoxdur. Azərbaycan xalqının inqilab edəcəyinə inanmıram. Əvvəlki ssenariylə, Rusiya bura gələcək…»

Hikmət Hacızadəyə görə, bu cür düşüncələri dəyişməyin bircə yolu var, vəziyyəti dəyişmək. Məmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu isə düşünür ki, Qərb dəyərlərinin Azərbaycanda oturuşması üçün xüsusi doktrina hazırlanmalıdır…

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG