Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:46

Islam Konfransı: "qızışdırıcı" oyun internetdən çıxarılsın


Nüfuzlu islam təşkilatı tələb eləyib ki, Məhəmməd peygəmbər, İsa peygəmbər kimi dini simaların bir-biri ilə döyüşdüyü video oyunu internetdən yığışdırsınlar.

Səudiyyə Ərəbistanında qərarlaşan İslam Konfransı Təşkilatı bildirir ki, bu oyun müsəlmanlara və xristianlara təhqirdir və “qızışdırıcıdır”.

Oyunu yaratmış İtaliyanın Molleindustria şirkəti isə bu gün saytına öz cavabını yerləşdirib. Şirkət deyir ki, bu oyun təxminən bir ildir ki, internetdədir, indiyə kimi heç bir dini təşkilat ondan narazılıq eləməyib.
XS
SM
MD
LG