Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Ziyafət Əsgərov 9 ildir eyni mobil telefondan istifadə edir


Vitse-spiker Ziyafət Əsgərov 9 ildir eyni telefondan istifadə edir. «Mobil telefon elə bir şey deyil ki, istifadə edəsən, qurtara yenisini alasan».

Bu sözləri o Milli Məclisdə Hesablama Palatasının 2008-ci il üçün hesabatı müzakirə olunarkən deyib.

Deputat Pənah Hüseyn hesabata münasibət bildirərkən bildirib ki, avtomobil, elektrik sayğacı və bir sıra başqa mallarla yanaşı gömrükdən keçən mobil telefonların da böyük bir qismi vergiyə cəlb olunmur.

«Azərbaycanda 5-6 milyon abonent olduğu halda son 5 ildə ölkəyə cəmi 400 mindən bir qədər artıq telefon gətirilib. Qalan 2-3 milyon istifadədə olan telefonlardan hansı rüsumlar tutulub, onlar dövlət büdcəsinə necə daxil edilib?»-, deyə Pənah Hüseyn bildirib.

Ziyafət Əsgərov isə hesab edir ki, qeydiyyatdan keçən 400 min də artıqdır. Çünki hamı ildə bir telefon dəyişmir.

Deputatlar Zahid Oruc, Siyavuş Novruzov isə bildirirlər ki, bir çox hallarda vətəndaşlar mobil telefonları fərdi qaydada alıb ölkəyə gətirdikləri üçün onların qeydiyyatı aparılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG