Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:27

Rusiya "Şərq Əməkdaşlığı Proqramından" narazılıq edir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyinin Şərq Əməkdaşlığı proqramı haqda deyib ki, Rusiya inanmaq istərdi ki, Birlik keçmiş sovet məkanında yeni nüfuz dairələri yaratmağa çalışmır.
Lavrovun sözlərinə görə, Birlik Rusiyanı əmin eləməyə çalışır ki, bu, yeni nüfuz dairəsi yaratmaq deyil, ancaq Rusiya buna inanmaq istəsə də, əmin ola bilmir.

Lavrov bu sözləri Lüksemburqda Avropa Birliyi diplomatları ilə görüşdən sonra deyib.
Avropa Birliyinin Şərq Əməkdaşlığı Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus, Moldova daxildir.
Proqram rəsmi olaraq mayın 7-də olacaq Praqa sammitindən başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG