Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:47

Sahil bağı mayın 15-də istifadəyə verilir


Abidənin yerləşdiyi yerdə nəyin inşa olunduğu hələ ki məlum deyil

Abidənin yerləşdiyi yerdə nəyin inşa olunduğu hələ ki məlum deyil

Uzun müddətdir təmirə dayanan Bakıdakı parklardan biri - Sahil bağının təmiri başa çatır. Mayın 15-də bağın açılışı olacaq. Bu haqda bağda çalışan fəhlələr «Azadlıq» radiosuna məlumat veriblər.

Onların sözlərinə görə, açılış mayın 10-a, mərhum prezident Heydər Əliyevin doğum gününə planlaşdırılıbmış. Amma bağdakı çarhovuzlarda tamamlama işləri başa çatmadığından tədbirin vaxtını dəyişiblər.

Sahil bağı sovet dövründə «26-lar bağı» kimi tanınıb. Buna səbəb orada 26 Bakı komissarlarının dəfn edilməsi və onların şərəfinə ucaldılmış abidənin yerləşməsi olub. Bağ təmirə dayanandan bir qədər sonra isə abidə sökülüb, orda dəfn edilmiş komissarların nəşi isə başqa yerə aparılıb.

Abidənin yerləşdiyi yerdə nəyin inşa olunduğu hələ ki məlum deyil.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

Günün bütün mövzuları

XS
SM
MD
LG