Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51

«Bəzi ölkələrin İranda milli nifaq salmaq cəhdi…»


Mənuçöhr Mottəki: «Ayrı-ayrı ölkələrin İranda milli nifaq yaratmaq istəyi təbiidir»

Mənuçöhr Mottəki: «Ayrı-ayrı ölkələrin İranda milli nifaq yaratmaq istəyi təbiidir»

ABŞ prezidenti Corc Buşun İrana sanksiya tətbiq oluna biləcəyi haqda bəyanatına münasibət bildirən İranın Xarici İşlər naziri Mənuçöhr Mottəki qeyd edir ki, hazırkı siyasi atmosferdə bütün tərəflərin iradəsi və xoş niyyəti sayəsində İranın nüvə hüququ təmin oluna və kütləvi qırğın silahlarının qarşısı alına bilər: «Bəziləri yaddan çıxarıblar ki, artıq hədə-qorxu zamanı keçib. Keçən həftə Senatda təsdiqlənən sənədə diqqətlə fikir verəndə dünyadakı vəziyyəti başa düşmək olar. Hədə-qorxu dili indiki dünyada qəbul olunmur».


Bakıda səfərdə olan İranın Xarici İşlər naziri iyunun 20-də keçirdiyi mətbuat konfransında bu ölkədə yaşayan azərbaycanlıların son bir ayda keçirdikləri etiraz aksiyalarını bəzi ölkələrin İranda milli nifaq salmaq cəhdi kimi qiymətləndirdi. Rəsmi qəzetdə çap olunan bir karikaturanı milli heysiyatlarına təhqir hesab edən azərbaycanlılar mayın sonundan başlayaraq İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirmişdilər.


Cənab Möttəki bildirir ki, mətbuatda gedən karikaturalar millətlərarası münasibətlərə ziyan vurduğundan iş məhkəmədə araşdırılacaq: «İranda milli birlik ən böyük xəzinələrdən biridir. Və tariximizin qorunması üçün böyük əhəmiyyəti var. Ayrı-ayrı ölkələrin İranda milli nifaq yaratmaq istəyi təbiidir. Amma millətin ayıqlığı və rəhbərlərin düzgün siyasət yürütməsi həmin ölkələrin istəyinin baş tutmasına imkan verməyəcək. Ola bilər başqa ölkələrdə bu hadisələrə ayrı gözlə baxsınlar. Amma zaman onların səhvini göstərəcək. Həqiqət bundan ibarətdir».


Nazir həmçinin Bakı-Tehran münasibətlərini yüksək qiymətləndirdiyini deyir. Buna görə də azərbaycanlıların etiraz aksiyalarında Azərbaycanın roluna inanmadığını bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG