Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:48

Arktika Şurası ölkələri görüş keçirirlər


Norveçdə aprelin 28-i Arktikada əraziləri olan ölkələrin görüşü keçiriləcək. Görüş ərəfəsində Norveçin xarici işlər naziri Yonas Gar Stoer bəyan edib ki, Arktikada buzların əriməsi burada olan neft və qaz yataqlarının araşdırılmasına imkan yaradır. Eyni zamanda gəmiçilik üçün də əlverişli ola bilər.

Norveçin xarici işlər nazirinin fikrincə gələcəkdə ziddiyyətlərdən qaçmaq üçün ümumi qaydalar yaratma vaxtı gəlib çatıb.

Tədbirdə ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun buzların əriməsi ilə bağlı çıxış edəcəyi gözlənilir. Arktika Şurası ölkələrinə ABŞ, Rusiya, Kanada, İsveç, Norveç, Danimarka və İslandiya daxildir.
XS
SM
MD
LG