Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:50

«Donuz qripi insandan insana keçə bilər»


Dünya Səhiyyə Təşkilatı donuz qripi təhlükəsini dördüncü mərhələyə qaldırdı. Qurumun mütəxəssisləri təsdiq ediblər ki, bu virus insandan insana keçə bilər.

Artıq Şotlandiyada da iki nəfərin bu virusa yoluxduğu təsdiq olunub. Yoluxanlar yenicə Meksikadan gələnlər olub. Britaniyada isə 7 nəfərdə bu virusun əlamətləri aşkar olunub. Artıq dünyanın beş ölkəsində bu virusa yoluxmuş adamlar aşkar edilib. Onların arasında ABŞ da var.

ABŞ prezidenti Barak Obama bildirib ki, bu narahatlıq doğuran məsələdir, lakin təlaşa səbəb olmamalıdır. Wall Street Journal-ın verdiyi məlumata görə bu virusdan 150 nəfər ölüb və ölənlərin hamısı epidemiyanın başladığı Mexiko şəhərindəndirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG