Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Salman Rüşdi hədələrə karikatura çapı ilə cavab verməyə çağırır


Yazıçı Salman Rüşdi dünya mətbuatını kütləvi şəkildı Məhəmməd peyğəmbərin karikaturasını dərc etməyə çağırıb.

Danimark Radiosuna verdiyi müsahibədə Rüşdi 2005-ci ildə “Yilland Post” qəzetinin dərc etdiyi karikaturaya jurnalistlərin və tarixçilərin münasibətini tənqid edib.

“Hörmətsizlik satirik rəsmlərin təbiətiətindədir. Bu rəsmlərdə heç kimə və heç nəyə hizmət yoxdur. Gərək onları normal qəbul etməyi bacarasan. Mənim haqqımda çoxlu rəsmlər çəkilib ki, onların heç birində mənə qarşı mədəni davranılmayıb. İndi bu səbəbdən mən ora-bura gedib müxtəlif offisləri yandırmıram ki” – deyə Rüşdi DR-na bildirib.

“Gündəlikdə zor işlədilməsi ilə hədə-qorxu durursa, dərc olunan materialları keyfiyyət əsasında seçmək əhəmiyyətini itirir. Bu zaman əsas odur ki, hədə-qorxulara döğru reaksiya verib, onlardan çəkinməyəsən. - Deyən yazıçı əlavə edib, - Məncə, çoxları özlərini mədəni cəhətdən həssas göstərməklə, əslində öz qorxularını ört-basdır edirlər”

Buna görə də Salman Rüşdi hesab edir ki, bütün dünyanın qəzetləri eyni vaxtda karikaturaları cap etməldirlər.

“Bununla da göstərmək olardı ki, hədə-qorxulardan heç kim çəkinmir” – deyə Rüşdi müsahibəsində bildirir.

Yazıçı Salman Rüşdi uzun illərdir İngiltərədə mühafizə altında yaşamağa məcburdur. O 1988-ci ildə dərc etdiyi “Şeytan ayələri” kitabına görə fündamental islamçı dairələr tərəfindən ölümlə hədələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG