Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:03

Daşnaksütyun Ermənistanda hökumətdən ayrılır


Daşnaksütyun (Ermənistan İnqilab Federasiyası) aprelin 27-də president Serj Sarkisyanla görüşdən sonra bildirib ki, hökumət koalisiyasından çıxır.
Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə təşkilatın lideri Armen Rustamyan məlumat verib. O, bildirib ki, prezidentin izah etdiyi Türkiyə ilə münasibətlərin normallaşmasına dair “yol xəritəsi” Daşnaksütyunu qane etmir.

Armen Rustamyanın fikrincə, Ermənistan bu “yol xəritəsində” diplomatik əlaqələrin qurulması və sərhədin qeyd-şərtsiz açılmasına dair özünün əvvəlki israrından əl çəkir.

Xarici İşlər Naziri Eduard Nalbandyan isə bu gün Ermənistanla Türkiyənin razılaşmaya heç bir ilkin şərt olmadan getdiklərini bildirib. Onun dediyinə görə bu razılaşma heç bir şərt və ya prinsiplər müəyyən etmir.

Daşnaksütyundan Rustamyan onu da qeyd edir ki, Türkiyə ilə anlaşma 100 il əvvlki erməni qırğınını daha çox dövlətin “soyqırım” kimi tanımasına mane olacaq. Onun dediyinə görə Daşnaksütyunun hökumətin qanunverici və icraedici orqanlarındakı üzvləri artıq istefa verməyə başlayırlar.

Daşnaksütyun hələlik erkən seçkilər və ya prezidentin istefasını tələb etmək fikrində deyil. Bu qurumun hökumətdən çəkilməsi əksinə, Sarkisyanın parlamentdə çoxluq qazanaraq daha rahat hərəkət etməsinə səbəb olur.
XS
SM
MD
LG