Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

Britaniyanın Əfqanıstanla Pakistanda terrorla yeni mübarizə strategiyası var


Britaniyanın Baş naziri Qordon Braun aprelin 27-də Pakistanın liderləri ilə ekstremizm və terrorizmdən gələn təhlükələri müzakirə edib. O, president Asif Əli Zardari və Baş nazir Yusif Rza Gilani ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında terrorizmlə mübarizə sahəsində iki ölkə arasında yeni mərhələ yarandığını deyib.

Qordon Braun bu gün Kabulda Əfqanıstan prezidenti ilə ekstremizmə qarşı mübarizədə yeni strategiyanı müzakirə etdiyini deyib. Onun dediyinə görə aprelin 29-da açıqlanacaq strategiya Əfqanıstan və Pakistanda ekstremizm sahəhisndə problemlərin müxtəlif yollarla amma birlikdə həllini nzərdə tutur.

Britaniya ABŞ-dan sonra Əfqanıstanda hərbi qüvvəsi olan ikinci ölkədir. NATO-nun komandanlığı altında onun Əfqanıstanda 8 300 nəfərlik hərbi kontingenti var. Britaniya avqustda prezident seçkisi dövründə hərbçilərinin sayını daha da artırmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG