Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:20

Neft Fondunun xərcləri gəlirlərini üstələyib


Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov
Ötən il Azərbaycan Dövlət Neft Fondunun qazancı 300 milyon dollar olub. Bunu fondun icraçı direktoru Şahmar Mövsümov deyir.

Onun sözlərinə görə, ötən il qlobal iqtisadi böhran hətta Norveç kimi təcrübəli neft-qaz ixracatçısına 91 milyard dollar ziyan vurduğu halda Azərbaycan bu təlatümlərdən yan keçə bilib. Şahmar Mövsümovun fikrincə bu, hökumətin böhrana ciddi hazırlaşmasının nəticəsidir.

Bununla belə, aprelin 1-ə Neft Fondunun xərcləri gəlirlərini üstələyib. Aprelin 1-ə olan rəqəmlərə görə, fondun gəlirləri 1,349 milyon, xərcləri isə 1,398 milyon manat olub. Şahmar Mövsümov bu kəsirin bir neçə səbəbini göstərir:

«Dünya bazarında neftin qiymətinin aşağı düşməsilə bağlı Neft Fonduna daxil olan vəsaitlərin həcmi azalıb. Ancaq digər tərəfdən Dövlət Neft Fondu Dövlət Büdcəsi qarşısında öz öhdəliklərini yerinə yetirir, böyük həcmdə transfer həyata keçirir. Təbii, bunun nəticəsində müəyyən qısamüddətli azalma var. Ancaq bu ilin sonuna qədər DNF-nun vəsaitləri azalmayacaq. Ən azı ilin əvvəlindəki həcmində qalacaq».

Bu il Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat transfer nəzərdə tutulur. Ş.Mövsümovun sözlərinə görə, transferin məbləğinə dünya bazarındakı neftin qiymət dəyişməsiinin təsiri yoxdur.

İndi DNF-də 10 milyard 864 milyon dolları vəsait var. Neft Fondunda proqnozlaşdırırlar ki, ilin sonuna qədər bu məbləğ daha 10 milyon dollara qədər artacaq. Ş.Mövsümov düşünür ki, dövlət büdcəsində neftin qiymətinin 70 dollardan hesablanmasına və dünya bazarında bu rəqəmin xeyli aşağı olmasına baxmayaraq hasilatın artımı proqnozlaşdırılan rəqəmin Neft Fonduna daxil olmasına imkan verəcək.

Neft Fondunun aktivlərinin ölkəyə gətirilməsi məsələsinə toxunan Şahmar Mövsümov bildirib ki, hələlik bu, proqnozlaşdırılmır. Hökumət Neft Fondunda toplanan vəsaitlə bağlı müəyyən etdiyi strategiyanı da dəyişməyi düşünmür. Yəni öncəki illərdə olduğu kimi, bundan sonra da Neft Fondunun aktivlərinin 50 faizə qədəri dollarda, qalan 50 faizi isə dollara qarşı dəyişən valyutalarda saxlanacaq.

Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban isə düşünür ki, neft fondu ilə bağlı rəsmi hesablamalar özünü doğrultmayacaq:

«Neft Fondunun büdcəsi «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxan kondensatın həcmi müəyyənləşdikdən sonra təsdiq edilir. Bu da 2009-cu il üçün 37 milyon ton olacaq. Bu rəqəm ötən ilkindən cəmi 2 milyon ton çoxdur. Belə kiçik bir artımı isə hasilat artımı kimi qələmə verməyin özü doğru yanaşma deyil. Başqa tərəfdən, əgər neftin ixrac qiyməti 50 dollar çərçivəsində olarsa, o zaman Neft Fondunun gəlirlərinin artması gözlənmir. Biz indi birinci rübün yekunlarında kəsir gördük. Ona görə ki, son dövrlər dünya bazarında neftin qiyməti orta hesabla 45 dolar – yəni orta qiymətdən 5 dollar aşağı oldu».

İlham Şabanın sözlərinə görə, əsas məsələ təkcə Neft Fonduna daha artıq vəsaitlərin cəlb edilməsi yox, həm də bu vəsaitlərin vətəndaşlar üçün daha səmərəli xərclənməsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG