Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

Xəbərlər


Azərbaycana xaricilərin gözüylə baxdılar!


Fransa Mədəniyyət Mərkəzinin təşkil etdiyi növbəti fotosərgi buna imkan verdi. Beynəlxalq münsiflər heyətinin seçdiyi 40 əsərin müəllifləri Azərbaycanda yaşayan əcnəbi vətəndaşlar – amerikalılar, kolumbiyalılar, fransızlar, ingilislər və almanlardır. Seyrçilərin çox maraqla izlədiyi fotolarda insan və təbiət mənzərələri, şəhər peyzajının yalnız fotokamerayla sezilə bilən bənzərsiz incəlikləri əksini tapıb.




Bakıda faytonlar yoxa çıxıb!


Uzun illərdən bəri Sahil Bağının yaraşığına çevrilən faytonlar daha gözə görünmür. Mediaya sızan xəbərlərə görə, sanitar normalarına cavab vermədikləri üçün faytonçuların fəaliyyəti dayandırılıb. Bu qərardan narazı qalan faytonçular hökumətə üz tutsalar da, məsələ açıq qalıb. Sakinlər Bakı faytonçularının fəaliyyətinə ikili yanaşır: əhalinin bir qismi onları alışdıqları Sahil Bağında görmək istəyir, başqa bir qismi uşaqlara təhlükə törətməyən məxsusi ərazidə - məsələn, İçərişəhərdə. Amma bir məsələdə hamı həmrəydir – faytonlar paytaxta yaraşıq verir.



Azərbaycanlı «Girov» Çexiyaya gedir!


Eldar Quliyevin «Girov» filmi Karlovı Varıda keçirilən ənənəvi kino şənliyində göstəriləcək. Rejissorun öz fikrinə görə, bu kino əsəri məhz Qərb seyrçilərinə ünvanlanıb, çünki Qarabağ savaşında başı müsibətlər çəkmiş qadın qəhrəman intiqam hissinə qapılmır, güclü olmağı, güclü qalmağı öyrənir. Xatırladaq ki, 1994-cü ildən hər il keçirilən Karlovı Varı kino şənliyinin bu il 40 yaşı tamam olur.


XS
SM
MD
LG