Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00

Tomas Qoltz: «Tolerantlığı çox xoşlasam da, hərdən adam da döyə bilərəm!..»


Tomas Qoltz, 16 iyun 2006

Tomas Qoltz, 16 iyun 2006

AZADLIQ: Cənab Qoltz, Sizin Montanadan... həm də Sizin Azərbaycan necə görünür?

TOMAS QOLTZ: Çox çətin sualdır. Qısa cavabım belədir: Həm Montanalı, həm azərbaycanlıyam. Muğamı o qədər sevir və o qədər duyuram ki, Montanadan Azərbaycana baxanda muğam eşidirəm.


AZADLIQ: Amerikaya baxanda, Azərbaycan çox balaca ərazidir. Amma deyilənə görə, bənzərliklər, oxşarlıqlar da var. Cənab Qoltz, Montanaya bizim hansı bölgə yaxındır? Siz axı Azərbaycanı məndən çox gəzmisiniz...


TOMAS QOLTZ: Montana dağlıq bir yerdir, xırda kəndləri var. Əhali qarışıq dillidir, ispandillilər çoxdur. Təxminən Azərbaycanın Zaqatala, Balakən və Rusiya ilə həmsərhəd şimal bölgələrinə, hətta Dağıstana bənzəyir. Bakı və Abşeron yarımadasına heç bənzəmir.


AZADLIQ: Siz Kəlbəcərdə olmusunuz! Təkrarsız fotolarınızı yəqin bütün dünya izləyib. Hər halda mən, ailəm, dostlarım, tanışlarım çox maraqla izləyib və 14 ildir ki, Tomas Qoltzu tanıyır. Nə düşünürsünüz, hər hansı uğursuzluqda etnik mədəniyyətin də günahı var? Yoxsa söhbət, sadəcə, mədəniyyətdən, ya da mədəniyyətsizlikdən gedir?


TOMAS QOLTZ: Kəlbəcərdə olmuşam, Xocalıda da qalmışam. Təkcə Azərbaycanda deyil, Abxaziyada, Çeçenistanda, hətta Samaşkidə olmuşam... Orada 2 ay yaşamışam. Azərbaycan, Gürcüstan və Çeçenistan haqqında 3 kitab yazmışam. Birini də xeyli öncə Afrikadan yazmışam. Savaşlardan yox, mədəniyyətlərdən danışmaq istəyirəm.


AZADLIQ: Yenə Amerikayla kiçicik bir müqayisə istəyirəm. Müxtəliflik, çoxetnosluq, çoxdinlilik və s. bir sərvətdir. Nə cür xərcləyirik həmin sərvəti? Axı bizim dünyada müxtəlifliyə bədbəxtlik kimi baxanlar da az deyil...


TOMAS QOLTZ: Söylədim ki, Montanalıyam və azərbaycanlıyam. Bütövlükdə tolerant adamam və müxtəlifliyin gözəl olduğunu bilirəm. Neçə etnosun qanı axır qanımda – irlandlardan tutmuş ta kimlərədək. Amerika mühacirlərin yaşadığı bir ölkədir: biri irland əsilli, biri italyan əsilli, digəri ispan, alman, özbək əsilli və daha nə bilim nə əsilli, amma amerikalılardır. Son baş verən olaylardan sonra amerikalılığa kölgə düşüb. Müxtəliflik, əlbəttə, sərvətdir, amma bir yerdə olanda.


AZADLIQ: Tolerantlığa, müxtəlifliyə dözümə alışdırmağın bir sirrini – qısa yolunu bilmirsiz?


TOMAS QOLTZ: Tolerantlığı çox xoşlasam da, hərdən adam da döyə bilərəm...


AZADLIQ: Azərbaycan mədəniyyətinə bir kulinar məhsulu kimi, tutalım, bir kabab kimi baxsaq, – nəyi çatmır bu kababın – yaxşı quzusu, duzu, bişirəni, yeyəni, ya nəyi?


TOMAS QOLTZ: Azərbaycana bir bütöv kimi baxanda, onu düşbərəyə bənzədirəm. Ayrılıqda azad və birlikdə dadlı.


XS
SM
MD
LG