Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:20

ANS TV-nin əməkdaşları zorakılıqla üzləşiblər


ANS TV-nin əməkdaşları polis zorakılığıyla üzləşdiklərini deyirlər. Televiziyanın əməkdaşı Nicat Süleymanov «Azadlıq» radiosuna bildirir ki, aprelin 26-da axşam saatlarında onlara Bakının Yasamal rayonu, M.Muxtarov küçəsində məscid sökülməsiylə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə gedən çəkiliş qrupu məscidin sökülməsini lentə alıb.

N.Süleymanov deyir ki, hadisə yerində çoxlu polis olduğundan o, müsahibə götürmək üçün Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb:

- O, bundan imtina etdi. Bir də gördüm ki, operatorun əlindən videokameranı almaq istəyirlər. Buna qarşı çıxdıq. Polislər bizi yumruq və təpiklə vurdu.

İnsident zamanı videokamera zədələnib, jurnalist kasetin qaytarılmadığını deyir.

Aprelin 27-də ANS-çilər Yasamal rayon Polis İdarəsinə çağırılıb və Daxili İşlər Nazirliyinin əməkdaşı onlardan izahat alıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, hadisə ilə bağlı araşdırma aparılır. Cinayət işinin açılıb-açılmaması isə təhqiqatın nəticəsindən asılı olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG