Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:46

Soçidə seçkilərdə Kremlin dəstəklədiyi Paxamov irəlidədir


Aprelin 26-ı Rusiyanın Soçi şəhərində meriyaya keçirilən seçkilərdə səslərin beşdə dördü sayılıb və Anatoliy Paxomov səslərin 76 faizini yığıb.

Kreml tənqidçisi olan Boris Nemtsov 13 faiz səslə ikinci yerdə qərarlaşıb. Nemtsov deyib ki, səsvermə ədalətli keçirilməyib.

Bu seçkilər prezident Dimitri Medvedevin demokratik imicinə bir sınaq hesab olunur.

Seçkidən əvvəl müxalifətdən olan iki əsas namizəd Kremlin dəstəklədiyi Anatoliy Paxamovun səs vermək üçün dövlət işçilərinə təzyiq göstərdiyini, onun yerli mətbuatda daha çox təbliğ olunduğunu , siyasi plakat və özəl televiziyalara qadağa qoyulduğunu deyirdilər.

Merlik uğrunda 6 namizəd – hakim Vahid Rusiya partiyasından Anatoliy Paxamov,Komunist partiyasəndan Yuriy Dzaqaniya, Həmrəylik hərakatəndan Boris Nemtsov, Liberal Demokrat partiyasından Aleksey Kolesnikov habelə iş adamları Pavel Emelyanenko və Vladimir Truxanovski mübarizə aparırdılar.


2014-cü iil Qış Olimpiya oyunları Soçidə keçiriləcək
XS
SM
MD
LG