Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:01

«Dünya donuz qripi ilə mübarizəyə daha hazırlıqlıdır»


Dünya Səhiyyə Təşkilatı deyir ki, dünya 5 il əvvəl quş qripi təhlükəsi ilə qarşılaşdığı anla müqayisədə indi donuz qripi ilə mübarizəyə daha yaxşı hazırlıqlıdır. Qurumun icraçı direktoru Keyji Fukuda artıq donuz qripinə qarşı peyvənd hazırlandığını bildirib.

Meksikada donuz qripindən 86 nəfər həlak olub, 1300 nəfər isə bu virusa yoluxub. ABŞ-da 20, Kanada da isə 4 yoluxma halı qeydə alınıb. Bu iki ölkədə ölüm hadisəsi qeydə alınmayıb. Fransa və İspaniyada isə donuz qripi virusuna yoluxmaqda şübhəli bilinənlər yoxlanılır.
XS
SM
MD
LG