Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

Ukrayna, Belarus və Rusiyada Çernobl qurbanlarının xatirəsi yad edilib


23 il bundan əvvəl Çernobl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 5 milyona yaxın adama xəsarət dəyib, 10-dan çox Avropa ölkəsində 145 min kvadrat kilometr ərazi çirklənib.

Belarusun paytaxtı Minskdə müxalifət hər il olduğu kimi aksiya keçirib.

Aksiya iştirakçıları Minsk ətrafında ilk Atom Elektrik Stansiyası və Kimya zavodunun tikintisi planına etiraz bildiriblər.

Ukrayna prezidenti Viktor Yuşşenko Çernobl qəhramanlarının xatirəsinə həsr olunmuş abidəyə əklil qoyub.

Həmçinin Moskvada, Mitinsk qəbristanlığında keçirilmiş matəm mərasimində faciə qurmanlarının xatirəsi yad edilib.
XS
SM
MD
LG