Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:27

«Kreml maraqlı siyasi dizayn işlədib»


REAL İctimai Birliyinin təsisçilərindən biri, politoloq İlqar Məmmədov
REAL İctimai Birliyinin təsisçilərindən biri, politoloq İlqar Məmmədov
«Ermənistanı əlində saxlamaq üçün Kreml həm də maraqlı siyasi dizayn işlədib».

REAL İctimai Birliyinin təsisçilərindən biri, politoloq İlqar Məmmədov aprelin 26-ı öz bloqunda belə yazır. O bildirir ki, Ermənistan hökuməti üç partiyalıdır və Rusiyanın nəzarətində olan bu üçlükdən biri koalisyadan çıxan kimi hökumət dağılır:

«Bəlkə də yeni parlament seçkisinə ehtiyac yaranır. Seçki isə Kremlin tam əlindədir. Beləliklə də, Ermənistan siyasilərinə sərbəst xarici xətt tutmaq şansı verilmir».

Hüquqşünas Erkin Qədirli isə «İki dəfədən artıq seçilməmək məhdudiyyətinin» ləğv edilməsi ilə bağlı Konstitusiyanın 149.7-ci maddəsinin tətbiqi ehtimalına dair əvvəlki yazısına kiçik əlavə edib:

«149.7 maddədə yazılır: «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran...normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir».

Bu maddədə «şəxslərin» sözünə xüsusi əhəmiyyət verilməlidir. «Şəxsin» yox, «şəxslərin» yazılması 149-cu maddənin «eyni vəziyyətdə olan» (similarly situated) şəxslərin kateqoriyalarını nəzərdə tutduğu aydın görünür. Tətbiqi aktlardan fərqli olaraq, normativ aktlar konkret şəxslərə deyil, onların kateqoriyalarına aid edilir. Şəxslərin kateqoriyası, onların eyni vəziyyətdə olması ilə müəyyən olunur. Referendumun nəticələri baxımından hansı şəxslər 149.7-ci maddənin mənasına görə İlham Əliyevlə eyni vəziyyətdədirlər? İlham Əliyevdən başqa daha kimin hüquqi vəziyyəti yaxşılaşır ki, 101.5-ci maddənin ləğvi geriyə şamil oluna bilsin? Cavab aydındır: heç kimin!

Odur ki, əvvəlki yazımda qeyd etdiklərimə əlavə olaraq, bu baxımdan da 149-cu maddənin 7-ci hissəsi 101-ci maddənin 5-ci hissəsinin («iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin») ləğvinə aid edilə bilməz».

İqtisadçı Natiq Cəfərli isə öz bloqunda yazır ki, artıq 6 gundur ki Vaşinqton DC-dədir və çox maraqlı görüşləri olub. O yazır ki, ən yadda qalan görüşlər Dövlət Departamenti və Senatda olub:

«Azərbaycan haqqında əsil həqiqətləri danışdıq və müzakirələr apardıq. Sietl ştatında planlaşdırılan görüş də maraqlı olacaq».

«Dalğa» Gənclər Hərəkatının bloqunda isə «Avropaya imteqrasiya prosesində gənclər nə edə bilər?» mövzusunda keçirilmiş konfrans haqqında məlumat verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG