Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:56

Soçidə mer seçkiləridi


Rusiyanın Soçi şəhərində mer seçkiləri keçirilir.

2014-cü iil Qış Olimpiya oyunları Soçidə keçiriləcək.

Bu seçkilər prezident Dimitri Medvedevin demokratik imicinə bir sınaq hesab olunur.

Lakin müxalifətdən olan iki əsas namizəd Kremlin dəstəklədiyi Anatoliy Paxamovun səs vermək üçün dövlət işçilərinə təzyiq göstərdiyini, onun yerli mətbuatda daha çox təbliğ olunduğunu , siyasi plakat və özəl televiziyalara qadağa qoyulduğunu deyirlər.

Merlik uğrunda 6 namizəd – hakim Vahid Rusiya partiyasından Anatoliy Paxamov,Komunist partiyasəndan Yuriy Dzaqaniya, Həmrəylik hərakatəndan Boris Nemtsov, Liberal Demokrat partiyasından Aleksey Kolesnikov habelə iş adamları Pavel Emelyanenko və Vladimir Truxanovski mübarizə aparırlar.

Seçicilərin fəallığından aslı olmayaraq seçki istənilən halda baş tutmuş hesab olunacaq.

Sadəcə olaraq qələbə üçün səslərin yarıdan çoxunu yığmaq lazımdır.

İlkin nəticələrin sabah bəlli olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG