Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:16

Çernobıl faciəsindən 23 il keçir


İyirmi üç il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının (AES) dördüncü blokunda texniki və texnoloji qəza baş verdi. AES-in 4-cü blokunda partlayışla nəticələnən yanğın əvvəl cəmi 2 nəfərin ölümünə səbəb olsa da, ətrafa dağılmış nüvənin yaratdığı radiasiya tələfatın sayını dəfələrlə artırıb. Partlayışdan 36 saat sonra təkcə Pripyat şəhərindən 47 min adama evakuasiya olunub. Çernobılın 30 kilmoterliyindən isə 116 min adam çıxarılıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün Çernobıla gətirilən ordu hissələri və mülki şəxslər arasında 7000 azərbaycanlı da olub. Artıq onlardan 3000 nəfəri radiasiyanın yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Faciə nəticəsində 160 min kvadrat kilometr ərazi çirklənib. Ukraynanın şimalı, Rusiyanın qərbi və Belarus hadisədən zərər çəkib. 15 oktyabr 2000-ci ildə stansiyanın fəaliyyəti dayandırılıb.

Ukrayna prezidenti Viktor Yuşşenko aprelin 26-ı «Çernobıl qəhrəmanları» abidə kompleksinə gül qoyacaq və faciə qurbanlarına dua oxunması mərasimində iştirak edəcək
XS
SM
MD
LG