Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:25

«Vaxt artıq Azərbaycanın xeyrinə işləmir».


Qabil Hüseynli və Musa Qasımlı
Qabil Hüseynli və Musa Qasımlı
«Vaxt artıq Azərbaycanın xeyrinə işləmir».

Bunu politoloq Qabil Hüseynli «Panorama» verilişində deyib. Onun fikrincə, danışıqların gedişi heç də Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə aparmır:

«Proseslər daha çox Dağlıq Qarabağın müstəqillik əldə etməsinə yönəlməkdədir».

Politoloq düşünür ki, Türkiyə ilə Ermənistan arasında «Yol xəritəsi»nin də 24 aprel hadisələri ərəfəsində razılaşdırılması təsadüf deyil:

«Türkiyə bu «Yol xəritəsi» ilə istədiyinə çatmadı. Barak Obama çıxışında «soyqırımı» ifadəsi işlətməsə də, ABŞ prezidentləri tarixində birinci dəfə məlum hadisələrdə milyon yarımdan çox insanın qətlə yetirilməsindən bəhs etdi...».

Q.Hüseynli deyir ki, artıq Türkiyənin də Qarabağ münaqişəsinə münasibəti dəyişib:

«Azərbaycan getdikcə müttəfiqsiz qalır. Bu həm xarici siyasətin yarıtmazlığı, həm də bütünlükdə dünyanın ədalətsizliyindən irəli gəlir…».

Tarix elmləri doktoru, professor Musa Qasımlı isə deyir ki, Azərbaycanın regionda getdikcə təklənməsi hökumətin xarici siyasətdəki qüsurları ilə yozula bilməz. Onun fikrincə, Azərbaycan heç vaxt ədalətsiz şərtləri qəbul etməyəcək:

«Əksinə, bu, getdikcə Qərbin də, Türkiyənin də Azərbaycanda nüfuzdan düşməsinə gətirib çıxaracaq…».

M.Qasımlı düşünür ki, istər Qərbin, istərsə də Türkiyənin Azərbaycanda nüfuzdan düşməsi Rusiya və İranın fəallaşmasına gətirib çıxaracaq…
XS
SM
MD
LG