Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

Meksikada donuz qripindən 20 adam ölüb


Dünya Səhiyyə Təşkilatı aprelin 25-də təcili iclas keçirir, Meksikada donuz qripinin yayılmasını müzakirə edirlər.
Meksika rəhbərliyi bildirib ki, virus mart ayından bu yana ölkədə 20 nəfərin ölümünə səbəb olub.

Məktəblər, muzeylər, kitabxana və teatrlar virus təhlükəsinə görə bağlanıb. Hökumət ölənlərin sayının artmasından narahatdır.

Amerika həkimlərinin məlumatına görə Meksika ilə həmsərhəd Texas və Kaliforniya ştatlarında donuz qripinin yeni növünə 8 nəfər yoluxub.

Səhiyyə işçiləri yeni virusun dünyada yayılmasından ehtiyatlanır.
XS
SM
MD
LG