Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:56

Azərbaycan sənayesi nə istehsal edir?


«Azəralüminium» ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Birliyinin 700-ə yaxın işçisi apreldən öz hesabına məzuniyyətə göndərilib.
«Azəralüminium» ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Birliyinin 700-ə yaxın işçisi apreldən öz hesabına məzuniyyətə göndərilib.
Prezident İlham Əliyev aprelin 22-də hökumətin iclasını keçirib. Müşavirədə 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub.

Bəs bu ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye istehsalında nə artıb, nə azalıb?

CƏDVƏLLƏR DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN 2009-CU İLİN YANVAR-FEVRAL AYLARININ GÖSTƏRİCİLƏRİ ƏSASINDA HAZIRLANIB

Mədənçıxarma sənayesi

Bu ilin ilk iki ayında neft sahəsində bəzi məhsulların istehsalı azalıb. Təhlil aparılan dövrdə neft emalı məhsullarında orta hesabla 11 faizlik azalma qeydə alınıb.

Məhsul növləri 2009-cu ilin yanvar-fevral aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən
faizlə
Artıb
(faizlə)
Azalıb
(faizlə)
Xam neft, min ton 7 343.7 96.4 3.6
Təbii qaz (səmt qazı daxil olmaqla), milyon kub metr 3 797.3 98.9 1.1
O cümlədən əmtəəlik 3 103.4 118.4 18.4
Ağ neft, min ton 111.2 87.0 13
Mazut, min ton 127.3 41.4 58.6
Dizel yanacağı, min ton 364.8 88.3 11.7
Sürtgü yağları, min ton 3.8 70.4 29.6

Emal sənayesi

Bəzi qida məhsullarının istehsalı 2008-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artıb. Amma içki məhsullarının istehsalı haqda bunu demək olmur. Məsələn, bu ilin yanvar-fevral aylarında konyak istehsalı 99 faiz azalıb.

Məhsul növləri 2009-cu ilin yanvar-fevral aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən
faizlə
Artıb
(faizlə)
Azalıb
(faizlə)
Ət (quş əti də daxil olmaqla), min ton 27.9 108.38.3
Kolbasa məmulatları, ton 338.4 87.4 12.6
Pendir və kəsmik, ton 5 923.0 102.0 2
Kərə yağı 2 430.2 100.9 0.9
Balıq məhsulları, ton 331.3 118.4 18.4
Təmizlənmiş duru bitki yağları, ton 5 861.7 72.7 27.3
Şampan şərabı, min dkl 4.7 70.1 29.9
Araq, min dkl 132.3 92.7 7.3
Üzüm şərabı min dkl 120.3 117.9 17.9
Konyak min dkl 0.2 1.1 98.9
Qənd və şəkər tozu, min ton 55.6 177.2 77.2
Makaron məmulatı, ton 748.6 73.7 26.3
Qablaşdırılmış təbii çay, ton 1 441.2 111.0 11

Yüngül sənaye

Bəzi müstəqil iqtisadçılar hesab edirlər ki, yüngül sənaye Azərbaycanda tənəzzülə uğrayır. 2008-ci il sənayenin bu növü üçün uğurlu olmayıb. İqtisadçıların fikrincə, dünya maliyyə böhranın dərinləşdiyi bir vaxtda bu il də toxuculuq, tikiş sahələri üçün məhsuldar keçməyək. Məsələn, 2008-ci ildə kişi şalvarlarının istehsalı 62 faiz azalıb. Bu ilin əvvəlində isə istehsalçılar bazara daha az şalvar çıxarıblar.

Məhsul növləri 2009-cu ilin yanvar-fevral aylarında istehsal edilibƏvvəlki ilin müvafiq dövrünə nisbətən
faizlə
Artıb
(faizlə)
Azalıb
(faizlə)
Pambıq lifi, min ton3.742.9 57.1
Hazır pambıq parçalar84.4164.264.2
Corab məmulatları, min cüt195.752.6 47.4
Pambıq iplik, ton814.4119.019
Pambıq yataq ağları, min ədəd2 62717.5 82.5
Xalça və xalça məmulatı. Min kv.m10.234.0 66
Kişi şalvarı, min ədəd 4.5 3.6 96.4
Kişi kostyumları, min ədəd50 282 2.1 97.9
Üstü dəridən olan ayaqqabılar, min cüt32.267.2 32.8

Tikinti materiallarının istehsalında və kimya sənayesində də azalmalar qeydə alınıb. Bəzi kimya məhsullarının istehsalı artsa da, ümumilikdə bu sektorda 75 faiz enmə olub. Tikinti materiallarından isə sement istehsalı 6.5 faiz, tikinti bloklarının istehsalı isə 93 faiz azalıb. Kərpic istehsalı 16.5 faiz, əhəng istehsalı 6.5 faiz artıb.

Bu ilin ilk iki ayı ərzində işçilərin sayında da azalma qeydə alınıb. Daha çox dəri məmulatları istehsalında çalışanlar işlərini itiriblər. 460-dan çox adamın işlədiyi bu sektorda işçilərin sayı 35 faiz azalıb. Maşın avadanlıqları istehsal edən 6 min işçinin də təxminən 20 faizi işsiz qalıb. Kadr ixtisarı neft sektorundan da yan keçməyib.

Bəzi sahələrdə isə işləyənlərin sayı artıb. Sellüloz-kağız istehsalı və nəşriyyat sahəsində təxminən 12 faiz artım var.

Orta aylıq əməkhaqqı isə təhlil aparılan dövrdə 12 faiz artıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG