Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Abdulla Gül: «Obamanın açıqlamasında razılaşmadığım məqamlar var»


Türkiyə prezidenti Abdulla Gül ABŞ prezidenti Barak Obamanın ermənilərin soyqırımı iddiası ilə bağlı çıxışına münasibət bildirib.
Bolqarıstanda səfərdə olan Gül deyib ki, «Obamanın açıqlamasında razılaşmadığım məqamlar var». Gül əlavə edib ki, «1915-ci ildə yüz minlərlə türk və müsəlman həlak olub. Obama həyatını itirən hər kəsin acısını bölüşməli idi».

Türkiyə prezidenti bəyan edib ki, «siyasətçilər və dövlət adamları tarixi hadisələrlə bağlı qərar verməməli, diplomatiyaya imkan tanımalıdır. Atılan addımlar bölgənin xeyrinə yönəlib».

Türkiyənin XİN-yi də Obamanın çıxışı ilə bağlı bəyanat yayıb, ABŞ prezidentinin açıqlamasında yer alan bəzi ifadələrin qəbul edilməz olduğunu bildirib.

Aprelin 24-də ABŞ prezidenti Barak Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında birbaşa «genosid» sözünü işlətməkdən çəkinib. Obama ermənilərin soyqırımı iddiasını erməni dilində «böyük fəlakət» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG