Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:42

«İdeal» qəzetinin təsisçisi Nazim Quliyev həbs olunub


«İdeal» qəzetinin axtarışda olan təsisçisi Nazim Quliyev aprelin 24-də həbs olunub. Nazim Quliyev böhtan, təhqir, hədə-qorxu ilə tələb etmə və rüşvət alma maddələri ilə ittiham olunur. Bu barədə «Turan»a Daxili İşlər Nazirliyindən məlumat verilib.

«İdeal» qəzetində böhtan haqqında iddiaya baxan məhkəmənin qərarından sonra N. Quliyev məhkəməyə gəlməyib, gizlənib və oktyabrın 30-da onun barəsində axtarış elan edilib.

Eyni iddia üzrə 2008-ci ilin noyabrında qəzetin redaktoru Əli Həsənov 6 ay müddətinə azadlıqdan məhrum edilib və bu il amnistiya düşərək azadlığa çıxıb.

«İdeal» qəzetinin təsisçisinə qarşı iddianı vətəndaş Səbirə Mahmudova və «Azəri-Türk Qadınlar Birliyinin» sədri Tənzilə Rüstəmxanlı qaldırılıb.

Yerli jurnalist təşkilatları başqa jurnalistlərdən fərqli olaraq «İdeal» qəzetinin təsisçisinin müdafiəsində yaxından iştirak etməyiblər. Cəmiyyətdəki bəzi dairələr «İdeal» qəzetini «reket» qəzetlər sırasına aid edir.
XS
SM
MD
LG