Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

Obama «genosid» deməkdən çəkinib


Amerika prezidenti Barak Obama 1915-ci il hadisələri iə bağlı çıxışında birbaşa «genosid» sözünü işlətməkdən çəkinib.

Obama ermənilərin soyqırımı iddiasını erməni dilində «böyük fəlakət» adlandırıb.

Prezidentliyə namizədliyi dövründə Obama Birinci Dünya müharibəsi dövründə ermənilərin öldürülməsinin soyqırım olduğunu hesab etdiyini demişdi.

Aprelin 24-də çıxışında Obama deyib ki, onun baxışları dəyişməyib. Lakin «soyqırımı» sözünü də istifadə etməyib.

Dünən ermənilərin soyqırımı iddiasının 94-cü ili qeyd olunub. Ermənilərin iddiasına görə 1915-ci ildə Osmanlı imperiyası bir milyon yarim ermənini öldürüb.

Türkiyə bu iddianı rədd edir.

Bir neçə gün qabaq Türkiyə ilə Ermənistan əlaqələri normallaşdırmaq üçün «yol xəritəsini» razılaşdırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG