Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

Azərbaycan və Ermənistan prezidentləri mayın 7-də görüşəcək


Azərbaycan və Ermənistan prezidentləri mayın 7-də Praqada görüşəcəklər.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, prezidentlər görüşə razılıq veriblər.

Merzlyakov deyib ki, «görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin həllində hələ razılaşdırılmamış məqamlar müzakirə olunacaq. Ümid edirik ki, bu görüş nəticə verəcək».

Bu arada aprelin 25-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdan Yerevana yola düşüblər.

Minsk qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərlə söhbətində ilin sonuna qədər konkret və ciddi irəliləyişin əldə olunacağına ümid etdiklərini deyib.

Amerikalı həmsədr Metu Brayza isə apardıqları danışıqlardan sonra Bakını xoş əhval ruhiyyə ilə tərk etdiyini bildirib.

/ANS TV/
XS
SM
MD
LG