Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Obama «soyqırımı» sözünü ermənicə dedi


23 aprel 2009. Barak Obama, Vaşinqtondakı Holokost müzeyində çıxış edir

23 aprel 2009. Barak Obama, Vaşinqtondakı Holokost müzeyində çıxış edir

Barak Obama 1915-ci il hadisələri iə bağlı çıxışında birbaşa “genosid” sözünü işlətmədi.

“94 il əvvəl, 20 –ci əsrin ən böyük dəhşətlərindən biri başladı. Hər il biz son günlərini yaşayan Osmanlı imperiyasında milyonyarım erməninin kütləvi şəkildə öldürülməsini sükutla qeyd edirik. “Meds Yeqhem” bizim yaddaşımızda yaşamalıdır. Necə ki, erməni xalqının ürəyində yaşayır” - deyə çıxışına başlayan Barak Obama, nitqində erməni sözlərindən istifadə etdi.

Ermənicə “meds yeqhem” ifadəsnin hərfi tərcüməsi “böyük fəlakət” deməkdir. Emənilər bu kəlməni soyqırım mənasında da işlədirlər.

1915-ci il hadisələrinin soyqırım kimi tanınması istər dünyada, istərsə də Amerikadakı erməni diasporasının ən başlıca məqsədidir. Əsas fəaliyyət istiqamətlərindən biri də ABŞ prezidentlərinin kütləvi çıxışında “soyqırım” sözününün işlədilməsinə nail olmaqdır. Hər il aprel ayının 24-də bu məsələ gündəmə gəlir.

Ermənilər ABŞ prezidentinin dilində “genoside” sözünü eşitməyə ümid edirlər. Lakin Türkiyənin kəskin etirazlarından çəkinən ABŞ prezidentləri həmişə ermənilərin bu tələbindən yayınırlar.

Obamanın sələfləri Corc W. Buş və Bill Klinton da erməni diasporası ilə rəsmi Ankara arasında qalaraq balanslı ifadələr seçməyə məcbur olublar. Onlar 1915-ci il hadisələrini müxtəlif vaxtlarda “20-ci əsrin böyük faciəsi”, “Böyük fəlakət”, “Kütləvi qətliam” və sair adlandırsalar da heç vaxt “soyqırım” ifadəsi işlətməyiblər.

Barak Obama seçki kampaniyasında öz internet səhifəsində “erməni soyqırımı” ifadəsi yazmışdı. Ayın əvvəlində T ürkiyəyə səfəri zamanı məsələ ilə bağlı suala Obama “fikrimi dəyişməmişəm” cavabını verdi. Odur ki, bu il aprelin 24-də amerika prezidentinin çıxışını xüsusi həyəcanla gözləyən həm türklər, həm də ermənilər Ağ evin yeni diplomatik gedişinin şahidi oldular.

Türkiyənin ”Hüriyyət” qəzeti bu haqda xəbərinə belə başlıq verir: “Soyqlrlm demədi, amma betərini etdi”. Panarmenian.net saytındakı yazı isə “Obama amerika ermənilərini təəssüfləndirdi” adlanır.
XS
SM
MD
LG