Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:19

ABŞ Türkiyə-Ermənistan əlaqələrin normalaşmasını müsbət dəyərləndirir


«ABŞ Türkiyə ilə Ermənistan arasında əlaqələrin normalaşmasını müsbət dəyərləndirir». APA-nın məlumatına görə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Türkiyə-Ermənistan münasibətləri ilə bağlı son proseslərə münasibət bildirərkən belə deyib.

Bu münasibətlərin yaxşılaşmasının bölgədə sülhə töhfə verəcəyini qeyd edən xanım səfir bunun paralel olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də faydalı ola biləcəyini qeyd edib: «Xanım Klintonun Konqresdəki sonuncu çıxışına istinad edərək deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətindəki hazırkı prosesi dəstəkləyirik».

Enn Dörs ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana son səfərlərinin əhəmiyyətli olacağını da deyib: «Münaqişənin Minsk Qrupu çərçivəsində həlli prosesi davam etdirilir. Qrupun fəaliyyəti daha da intensivləşib. Həmsədrlərin Azərbaycana bu cür səfərləri onların münaqişənin həlli yolunu tapmaq əzmində olduğu göstərir».

Günün bütün mövzuları

XS
SM
MD
LG