Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:43

«Türkiyənin «yol xəritəsi» və Rusiyanın «qul xəritəsi»


Prezidentlər Medvedev və Sarkisyan, 23 Aprel 2009
Prezidentlər Medvedev və Sarkisyan, 23 Aprel 2009
«Yeni Müsavat»: «İndi gündəmi Qarabağ danışıqları, Qarabağa bu və ya digər dərəcədə bağlı olan Türkiyə-Ermənistan münasibətləri tutur. Ortada bir hərəkət, bir canlanma var. Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda razılaşma imzalanacağı haqda çoxlu açıqlamalar mövcuddur. Moskvada danışıqlar olub, onun nəticələri haqqında İlham Əliyev də ümidli çıxışlar edib. Dünən isə Türkiyə-Ermənistan arasında münasibətlərin qurulması üçün «yol xəritəsi» adlı razılaşma olub. Təbii ki, hamı yenidən düşünür: axı nə baş verir?» Şahvələd Çobanoğlu «Türkiyənin «yol xəritəsi» və Rusiyanın qul xəritəsi» sərlövhəli köşə məqaləsində belə yazır.

«Türkiyə və Qərb gözəl bilir ki, Ermənistan Rusiyanın əsiridir, indi onlar bu əsiri ələ keçirmək kimi ağır işin ardınca düşüblər. Onlar Ermənistana qapını açaraq mütərəqqi həyat təklif edirlər, oradakı mütərəqqi düşünənləri gücləndirmək istəyirlər. Bizim ölkədə isə çox adam elə bilir ki, sərhədlər açılanda ermənilər pulsuz-parasız türk malları alacaq və güclənəcək. Halbuki, belə şey yoxdur, pulsuz türk malını türkə də vermirlər. Bu yol Ermənistan iqtisadiyyatına yalnız Türkiyədən asılı olmaq vəd edir.

Bunun əvəzinə, bizi Azərbaycanın Rusiya ilə münasibətləri ehtiyatlandırmalıdır. «Nabucco» mərhələsində balansı qoruya bilməyən iqtidarımız üzünü Rusiyaya tutub, Türkiyəyə qarşı təbliğat isə ona öz manevrini pərdələməyə, haqq qazandırmağa kömək edir. Erməniləri silahlandıran, Qarabağın işğalını təşkil edən Rusiyanı düşünün. Onun bir planı varsa, ehtiyatlı olmalıyıq. Qarabağ ətrafındakı işğal olunmuş rayonların qaytarılması üzərində qurulmuş hiyləgər, aldadıcı bir planla Rusiyanın öz qoşunlarını sülhpərvər statusu ilə torpaqlarımıza soxması Qarabağı qaytarmağımız üçün də, bütövlükdə Azərbaycanın müstəqilliyi üçün də böyük təhlükə olardı».

«Üç nöqtə»: «Ünvanlı sosial yardımların verilməsində nöqsanlara yol verilir»

İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən də aparılan araşdırmalar zamanı bəzi bölgələrdə yardımların təyin olunmasında ciddi nöqsanlara yol verildiyi məlum olub. Məsələyə qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli bildirdi ki, nazirlik tərəfindən aparılan monitorinqlər ünvanlı yardımların verilməsində şəffaflığın təmin olunması məqsədi daşıyır:

«Mütəmadi olaraq yerli sosial müdafiə mərkəzlərində araşdırmalar aparılıb. Bəzi neqativ hallar olub. Nəticədə bir neçə əməkdaş işdən çıxarılıb. Bəzən olub ki, düzgün verilməyən yardımlar geri qaytarılıb. Bu çox ciddi problem deyil».

«Azadlıq»: «İqtisadi böhran mənzil, torpaq, ümumilikdə daşınmaz əmlak bazarına təsir göstərsə də, kirayə bazarı barədə bunu demək mümkün deyil. Maliyyə böhranı baş qaldırandan bəri iş yerlərinin azalması, əyalətlərdən paytaxtda iş dalınca gələnlərin geriyə qayıtması, bütövlükdə əhalinin gəlirlərinin aşağı düşməsinə baxmayaraq, kirayə bazarında qiymət enmələri müşahidə edilmir. Bunun əsas səbəbi nədir?»

«Məsələyə münasibət bildirən «MBA Konsaltinq» şirkətinin baş direktoru Nüsrət İbrahimovun fikrincə, kirayə bazarında qiymət artımı hər zaman mənzil bazarındakı artımdan xeyli aşağı olub. Bu səbəbdən də azalmalar da nəzərəçarpacaq dərəcədə deyil: «Kirayə bazarındakı hadisələr bir qədər fərqli şəkildə cərəyan edir. Əgər 2000-ci ildən başlayaraq 2008-ci ilin sonuna qədər kirayə bazarında qiymətlər 2,2 dəfə artıbsa, satış bazarında artım 6 dəfəyə yaxın olub. Göründüyü kimi, kirayə bazarında satış bazarından fərqli olaraq qiymətlər aşağı templə artıb. Bunun da səbəbi kirayə bazarının əhalinin ödəmə qabiliyyəti ilə birbaşa asılı olmasıdır».

«Yeni Azərbaycan»: «Çap mətbuatının ən böyük problemi texniki məsələlərlə bağlıdır»-, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə deyir.

«Mən özüm paytaxtda səhər saat 8-ə işləmiş qəzetimizi almaq istəmişəm, amma bildiriblər ki, qəzet gətirilməyib. Yəni yayım problemi, tək bizim deyil, bir çox qəzetlərin problemidir. Digər bir məsələ mətbəə problemi ilə bağlıdır. Regionlarda mətbəələr yoxdur. Jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də ciddi işlər görmək lazımdır. Məsələnin ən əhəmiyyətli məqamı isə odur ki, dövlət mətbuatın maliyyə ilə bağlı olan problemlərinin həllinə çalışır. Təbii ki, bu da mətbuatın inkişafına təkan verəcək».

Ölkə mətbuatının inkişafı üçün lazımi qanunvericilik bazası formalaşdırılsa da, KİV-in, xüsusilə də çap mətbuatının bundan lazımi şəkildə faydalana bilməməsi, çoxsaylı problemlərin yaranmasına gətirib çıxarıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG