Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:54

Ermənilər "soyqırımı" gününü qeyd edirlər


Aprelin 24-də ermənilər "soyqırım"ın 94-cü ilini qeyd edirlər.

Ermənilər Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyası tərəfindən 1,5 milyon erməninin soyqırıma uğradığını iddia edir.

Türkiyə bu iddiaları rədd edir.

İki gün öncə Türkiyə və Ermənistanın Xarici İşlər Nazirləri ölkələr arasında əlaqələrin normallaşdırılması ilə bağlı «yol xəritəsini» razılaşdırıldığını açıqlayıblar.

Türkiyə mətbuatı danışıqlara soyqırımı iddiası, Türkiyə-Ermənistan sərhədinin açılması,
iki tərəf arasında vergi, ticarət, sərhəd, tarix üzrə komissiyaların qurulmasının daxil edildiyini bildirir.

Razılaşmaya görə iki ölkə Gürcüstandakı səfirlərini qarşılıqlı olaraq Ankara və Yerevanda akkreditə edəcək, daha sonra birbaşa diplomatik əlaqələr qurulacaq.

«Yol xəritəsi»ndə qanunverici orqanın təsdiqi tələb olunan məsələlər parlamentin müzakirəsinə çıxarılacaq.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildən bağlıdır.

Türkiyə sərhədlərini Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə kimi açılmayacağını deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG