Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

AŞPA-da Azərbycanda keçirilən referendum müzakirə olunacaq


Azərbaycanda keçirilmiş referendumun nəticələri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirə ediləcək. Bu barədə AŞPA-nın rəsmi saytında məlumat yerləşdirilib. Referendumla bağlı müzakirələr aprelin 27-də keçiriləcək.

Azərbaycanın nümayəndə heyəti sessiyada iştirak etmək üçün artıq aprelin 25-dən Fransaya yola düşür.

AŞPA yaz sessiyasında həmçinin Makedoniyada prezident, Moldovada və Çernoqoriyada parlament seçkilərinin nəticələri, Gürcüstan-Rusiya münasibətləri, fövqəladə vəziyyətlərdə insan hüquqlarının qorunması, gender prinsipləri və digər məsələlər müzakirə ediləcək.

Yaz sessiyası aprelin 27-dən 30-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG