Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Səfər Əbiyev Türkiyə rəsmiləri ilə görüşəcək


Müdafiə naziri Səfər Əbiyev
Aprelin 24-də Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev İstanbulda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğla görüşəcək. Tərəflər iki dövlətin silahlı qüvvələri arasında hərbi-texniki əməkdaşlığın durumunu və perspektivlərini müzakirə edəcəklər.

Məlumatı «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Azərbaycan Müdafiə nazirinin Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Gölsal Topdan, Türkiyənin Müdafiə naziri Vəcdi Könul, Müdafiə Sənayesi Komitəsinin sədri Murad Bayarla da görüşləri planlaşdırılır.

Müdafiə naziri Səfər Əbiyev İstanbulda keçirilən «İDEF-2009» beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Türkiyəyə gedib. Sərgidə 80-nə qədər ölkənin müdafiə nazirliklərinin yüksək rütbəli əməkdaşları iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG