Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:26

ABŞ Pakistandakı vəziyyətdən son dərəcə narahatdır


Amerika Pakistanın təhlükəsizliklə bağlı vəziyyətindən son dərəcə narahatdır. Ağ Ev sözçüsü Robert Qibbs deyib ki, son günlər Pakistandan gələn xəbərlər çox narahat edicidir. Qibbs əlavə edib ki, Pakistan və Əfqanıstanda baş verənlər hazırda Obama administrasiyasının «xarici siyasətinin mərkəzində» dayanıb.

Amerikanın Müdafiə Naziri Robert Qeyts isə Pakistan rəhbərliyini Taliban yaraqlılarının genişlənməsinin qarşısını almağa çağırıb. Qeyts deyib ki, ekstremizm Pakistanın demokratik idarəçiliyinə təhlükə yaradır.

Aprelin 23-də Taliban yaraqlıları Svat dərəsindən Buner raonuna doğru irəliləyib, ordu və polis bölmələrini atəşə tutub. Nəticədə 1 polis əməkdaşı həlak olub.

Buner paytaxt İslamabaddan 100 kilometr aralıda yerləşir.
XS
SM
MD
LG