Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:45

Türkiyə və Azərbaycan prezidentləri baş verənləri müzakirə ediblər


Türkiyə prezidenti Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Türkiyə Prezidentinin rəsmi saytında bu haqda məlumat yerləşdirilib.

Məlumata görə, telefon danışığında Abdulla Gül Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və Qafqaz bölgəsində proseslərlə bağlı Azərbaycan prezidentini məlumatlandırıb, onunla fikir mübadiləsi aparıb.

Məlumatda qeyd olunur ki, ötən həftələrdə dövlət başçıları arasında aparılan məsələhtləşmələrin davam olan bu telefon görüşməsində iki qardaş ölkənin tarixi bağlılığı, qarşılıqlı etimad və yaxın işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, bunun bölgənin inkişafına və rifahına da müsbət təsir edəcəyi bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG