Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:12

Lukaşenka Avropa Birliyinin dəvətini qəbul elədi


Belorus prezidenti Aleksandr Lukaşenka Avropa Birliyinin sammitinə qatılacaq

Belorus Prezidenti aleksandr Lukaşenkanın Praqadakı avropa Bilriyi sammitinə qatılacağı təsdiqlənib. Belorusun Xarici İşlər Naziri Sergey Martınov bu gün bu haqda məlumat verib.

Ötən həftə Avropa Birliyinə sədrlik eləyən Çexiyanın Xarici İşlər naziri Karel Şvartsenberq Lukaçşenkonu Praqadakı sammitə dəvət eləmişdi.

Lukaşenkonun sammitə qatılması Belorus hakimiyyətinin uzun illər sürən izolyasına son qoymuş olacaq. Avropa Birliyi və ABŞ Lukaşenka rejiminin insan haqlarına hörmət qoymamasını əsas gətirərək bu ölkə rəsmilərinə viza verilməsini dayandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG