Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:26

Bələdiyyə seçkiləri: yenə boykot, yenə paritet komissiyalar...


AXCP sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli

Ötən həftə AXCP, ADP, ALP və VİP-in birləşdiyi «Azadlıq» bloku bələdiyyə seçkilərini boykot etmək haqda qərar verdi. Oktyabrın 6-da ölkədə 604 bələdiyyəyə seçki keçirilməlidir.


“Azadlıq” radiosunun Bakı bürosunda təşkil edilən müzakirədə AXCP sədri Əli Kərimli payızdakı seçkiləri hakimiyyətin «tamaşa»sı adlandırıb orada iştirak etmək istəmədiklərini söylədi: «Azərbaycanda 10 ildən artıqdır ki, normal seçki keçirilmir. Azərbaycan hakimiyyəti hər zaman seçkinin tamaşasını qurur və bizlərə də təklif edir ki, bu tamaşada rol alaq. İndi bizim qəti mövqeyimiz bundan ibarətdir ki, bizim bu tamaşada hər hansı rol almaq fikrimiz yoxdur. Ya seçki komissiyaları Venesiya Komissiyası, ATƏT-in təklif etdiyi kimi dəyişməlidir, yaxud da belə bir seçkidə iştirak etməkdə biz lüzum görmürük».


«Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Xalid Kazımlının da iştirak etdiyi söhbətdə cənab Kərimli öz qərarlarını həm də «Azadlıq» blokunun həyəcan siqnalı adlandırdı. O, həmin seçkidə iştirak etməmək qərarlarını indidən elan etməklə həm ölkə, həm də dünya ictimaiyyətinin diqqətini Azərbaycanda demokratiyanın vəziyyətinin fəlakətli olmasına çəkmək istədiklərini deyir.


DİNLƏYİN!
XS
SM
MD
LG