Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22

Qarabağ probleminin həllində irəliləyiş əldə olunub


Son vaxtlarda tərəflərlə görüşlərimə əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ probleminin həllində irəliləyişlər əldə eləmişik. Aprlein 23-də Rusiya Prezidenti Dmitri Medvedev Tver yaxınlığnda Ermənistanlı həmkarı Serj Sarkisyanla görüşdən sonra belə deyib. Prezidentlər Dağlıq Qarabağ problemini də müzakirə eləyiblər.

Rusiya Prezidenti Dmitri Medvedev bu gün Ermənistanlı həmkarı Serj Sarkisyanla görüşdən sonra deyib ki,
"Düşünürəm ki, ümumilikdə biz Dağlıq Qarabağla bağlı müzakirələrdə düzgün yoldayıq. Son vaxtlar yetərincə çoxlu, kişik, ancaq vacib qarşılıqlı addımlar atılıb. Mənim tərəflərlə son görüşlərim, Serj Sarkisyanla bugünkü görüşüm və Azərbaycan prezidenti bir müddət əvvəlki görüşüm təsdiqləyir ki, tərəflər bu mürəkkəb problemin həlli üçün konstruktiv istiqamətdə irəliləməyə hazırdırlar."

Serj Sarkisyansa görüşdən sonra bildirib ki, "mən əlbəttə, şadam ki, Azərbaycan prezidenti İlham Əliyev Moskvaya səfərində münaqişənin həllində beynəlxalq hüququn bütün prinsiplərindən istifadə haqqında özü danışıb."

Sarkisyan əlavə edib ki, "Mən çox şadam ki, Rusiya Prezidenti bir daha mövqeyini təkrarlayıb ki, Dağlıq Qarabağ məsələsi ancaq beynəlxalq hüququn bütün prinsiplərinə əsasən həll olunmalıdır. Biz buna can atırdıq, biz bununla razılaşırıq. Deməli problemin həlli irəli getmək üçün imkan yaranıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG