Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:57

İraqda intiharçı hücumlarda 70 nəfər həlak olub


Əl Qaidənin İraqdakı rəhbərinin həbsi xəbərinin açıqlanmasından sonra baş verən intiharçı bomba partlayışlarında onlarla adam həlak olub.

Yerli polisin məlumatına görə, Bağdad yaxınlığındakı Muqdadiyyə qəsəbəsindəki restoranda intiharçının özünü partlatması nəticəsində 45 nəfər həlak olub, 55-dən çox yaralı var. Həlak olanların arasında İranlı zəvvarlar da var.

Bağdadın cənubundakı Polis postuna intiharçı hücumda isə azı 28 nəfər həlak olub, aralarında uşaqlar da var.

İraq hərbçiləri bu gün daha öncə Əl-Qaidənin ölkədəki qanadının rəhbərlərindən Əbu Ömər əl-Bağdadinin həbsini açıqlamışdılar.
XS
SM
MD
LG