Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:15

Pakistan qoşunlarını yaraqlılar olan rayonlara toplayır


Pakistan faktiki olaraq Talibanın nəzarət altına aldığı rayonlara bu gün qoşunlarını toplamağa başlayıb. Bundan öncə Amerikanın dövlət Katibi Hillari Klinton və başqa dünya ölkələrinin rəsmiləri Pakistanın şimal-qərbinin tamamilə terrorçuların nəzarətinə keçdiyindən narahatlığını ifadə eləmişdilər.

Pakistan qüvvələri dünəndən Hindistanla sərhəddəkiBuner bölgəsindəki rayonlara yerləşməyə başlayıblar. Bugündən isə ordu patrol postları, yoxlama məntəqələri qurub və küçələr və bazarlarda keşik çəkir.

Bir gün öncə Taliban yaraqlılarının bölgəyə sızması haqda məlumatlar yayılmışdı.
Taliban yaraqlıları hökumətlə daha öncə bağlanan sazişə əsasən bu bölgəyə yerləşməyə başlamışdılar.
XS
SM
MD
LG