Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:15

Sizi siyahıya alıblarmı?


Statistika Komitəsinin siyahıya alma şöbəsindən dedilər ki, artıq iş yekunlaşmaq üzrədir. Ancaq neçə nəfərin siyahıya alındığını hələ dəqiq deyə bilməzlər

Statistika Komitəsinin siyahıya alma şöbəsindən dedilər ki, artıq iş yekunlaşmaq üzrədir. Ancaq neçə nəfərin siyahıya alındığını hələ dəqiq deyə bilməzlər

«Siyahıyaalma deyəndə ki, evimizə zəng vurub telefonla soruşublar. Ancaq mən eşitmişdim ki, adamları qapı-qapı siyahıya alacaqlar. İndi hardadır e, düzgünlük, o sovet dövründəydi, evlərə gəlib siyahıya alırdılar».

Suraxanı rayon sakini Əli Hüseynov deyir ki, siyahıyaalmadan əvvəl aparılan təbliğat onda belə bir fikir yaradıbmış ki, hər şey qaydasında olacaq, ancaq olmayıb. Əhalinin siyahıya alınması ilə bağlı bir qrup Bakı sakini arasında keçirdiyimiz sorğuda da adamların çoxu siyahıyaalma ilə bağlı hələ qapılarını döyənin olmadığını deyirlər:

«Yox, hələ gəlməyiblər;
Gözləyirik, çünki çox deyirlər ki, hamını siyahıya alacaqlar. Ancaq nədənsə bizi hələ almırlar;
Bizə gəlmişdilər, bir-iki sual verdilər, yazıb getdilər;
Bizə bildiriş göndərmişdilər, doldurub göndərdik;
Mən Hövsanda yaşayıram, deyəsən, çox uzaqdır, hələ gəlməyiblər;
Nə görməmişəm, nə eşitməmişəm;
Gəlməyiblər. Gəlsəydilər, bilərdim...»

Azərbaycanda əhalinin siyahıya alınmasına aprelin 13-dən başlanıb. Dövlət Statistika Komitəsinin siyahıyaalma şöbəsindən demişdilər ki, bu proses 10 gün çəkəcək. Hökumət bunun üçün 8 milyon manat ayırıb. 24 min müvəqqəti işçi siyahıyaalınmaya cəlb olunub. Onlardan 19 min nəfəri əhalini sorğu-sual edəcək. Suallar isə şəxsin milliyyətindən tutmuş mənzil şəraitinə qədər 35 sualı əhatə edəcəkdi. Əhalini sayan hər bir nəfərə 10 gün ərzində 400-dən artıq adamı siyahıya almaq tapşırılmışdı. Hələ siyahıyaalma başlananda ekspertlər deyirdilər ki, bir adamın 10 gündə 400 adamı siyahıya alacağı ağlabatan deyil, bu işdə də saxtakarlıqlar olacaq».

İqtisadçı-demoqraf Rövşən Ağayev deyir ki, aldığı məlumatlardan o da artıq şübhələrin doğrulduğunu görür:

İndi də əvvəlki siyahıya almalarda olduğu kimi mənzil istismar sahələrindən, yeli icra hakimiyyətlərindən hazır siyahıların götürülməsi olub. Həm də suallarda çox şeyi öyrənmirdilər. Məsələn, bizə gələndə mənzilin kimə aid olması sualını vermədilər. Bu da onu göstərir ki, yenə daxili və xarici miqrasiyanın səviyyəsini aşkarlaya bilməyəcəklər
«Siyahıya alma ilə bağlı ən ciddi problem insanların sayını tam şəkildə müəyyənləşdirməməklə bağlıdır. Həm də bu siyahıyaalma sosial-iqtisadi yönümdə olub insanların problemlərini öyrənmək məqsədi daşımalıydı. İndi də əvvəlki siyahıya almalarda olduğu kimi mənzil istismar sahələrindən, yeli icra hakimiyyətlərindən hazır siyahıların götürülməsi olub. Həm də suallarda çox şeyi öyrənmirdilər. Məsələn bizə gələndə mənzilin kimə aid olması sualını vermədilər. Bu da onu göstərir ki, yenə daxili və xarici miqrasiyanın səviyyəsini aşkarlaya bilməyəcəklər».

Statistika Komitəsinin siyahıya alma şöbəsindən dedilər ki, artıq iş yekunlaşmaq üzrədir. Ancaq neçə nəfərin siyahıya alındığını hələ dəqiq deyə bilməzlər. O ki qaldı şikayətlərə, Statistika Komitəsindən dedilər ki, onlara da belə şikayətlər gəlir.

Ekspertlər onu da deyirlər ki, saxtakarlıq xüsusilə miqrasiya edənlərlə bağlı olur. Məsələn, ölkə xaricində yaşayan adamları da siyahıya alırlar.

Statistika Komitəsinin əhalini siyahıya alma şöbəsinin müdiri Ziyad Abbasəliyev isə deyir ki, başqa ölkələrə gedənlər də siyahıya alınır, ancaq bu uzun illər ölkəni tərk eləyənlərə aid edilmir:

«Azərbaycandakı ailəsi ilə əlaqəsini kəsməyən insanlar, yəni, gedib-gələnlər Azərbaycanın daimi əhalisi kimi siyahıya alınır. Onlar ailə üzvləri və yaxın qohumlarından birinin sözünə görə, siyahıya alınırlar. Ancaq bu Azərbaycanla heç bir əlaqəsi olmayanlara aidi deyil».

Ziyad Abbasəliyev deyir ki, oxumağa və dövlət xəttiylə uzunmüddətli işləməyə gedənlər də Azərbaycanın həmin ölkələrdəki səfirliklərinin xəttiylə siyahıya alınır.

Qeyri-rəsmi məlumatlara görə, Rusiya və MDB ölkələrində 2 milyondan artıq azərbaycanlı miqrant var. Onların yarıdan çoxu 20-35 yaş arasında olan kişilərdir.

Statistika Komitəsindən dedilər ki, siyahıyaalınma ilə bağlı toplanan məlumatlar əsasında bir il ərzində araşdırmalar aparılacaq.
Araşdırmalar başa çatandan sonra siyahıyaalmanın yekunları dərc ediləcək. Yekunlarla bağlı oncildlik bir nəşr və ümumi məlumat kitabı nəşr olunacaq.

Azərbaycanda sonuncu dəfə əhali 1999-cu ildə siyahıya alınıb. Ekspertlər həmin siyahıyaalınma prosesini qüsurlu adlandırmışdılar. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda əhalinin sayı 8 milyon 753 min nəfərdir.

Şərhləri göstər

XS
SM
MD
LG