Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

«Dövlət Neft Şirkətində ştat cədvəlinin optimallaşdırılması aparılır»


«DNŞ-da aparılan optimallaşdırmanın əsas səbəbi qlobal iqtisadi böhrandır»
«DNŞ-da aparılan optimallaşdırmanın əsas səbəbi qlobal iqtisadi böhrandır»
«Dövlət Neft Şirkətində ixtisarlar yox, ştat cədvəlinin optimallaşdırılması aparılır».

Dövlət Neft Şirkətinin (DNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev mediada şirkətdə ixtisarlar getməsi ilə bağlı xəbərləri şərh edərkən «Azadlıq» radiosuna belə deyib.

Onun sözlərinə görə, DNŞ-da aparılan optimallaşdırmanın əsas səbəbi qlobal iqtisadi böhrandır:

«İqtisadi böhranın dünyanın ən böyük şirkətlərinə də təsiri var. Bu səbəbdən Dövlət Neft Şirkətində bir sıra vəzifələr üzrə işçilərin müqaviləsi başa çatdıqdan sonra onlarla yeni müqavilə bağlanmır. Ancaq bunu kütləvi hal saymaq olmaz. 2009-cu il yanvarın 1-nə olan işçi sayı ilə 1 aprel tarixinə olan işçilərin sayı arasında fərq cüzidir».

N.Quliyev müqavilə müddəti uzadılmayan keçmiş işçilərin şirkətdə başqa işlərə cəlb edilməsi məsələsinin də gündəmdə olduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG