Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:16

Ermənistan və Rusiya prezidentləri Qarabağ münaqişəsini müzakirə edir


Aprelin 23-də Ermənistan və Rusiya Prezidentləri Rusiyada Dağlıq Qarabağ problemini müzakirə eləyirlər. Rusiya Prezidenti Dmitri Medvedev bu gün Ermənistanlı həmkarı Serj Sarkisyanla görüşdən öncə belə deyib.

Medvedev bildirib ki, "Ümid edirəm ki, biz ikitərəfli münasibələtirmizi, iqtisadi əlaqələri, regional problemləri, o cümlədənDağlıq Qarabağ münaqişəsinin həllini bugünkü danışıqlarımzıda müzakirə eləyəcəyik".

Ermənistan Prezidenti Serj Sarkisyansa Dmitri Medvedevə Dağlıq Qarabağ problemiylə şəxsən göstərdiyi diqqətə görə təşəkkür eləyib.

Sarkisyan deyib ki, "Mən Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyiniz səylərə görə şəxsən sizə və Rusiya dövlətinə minnətdaram. Mən çox böyük məmnunluq hissiylə qeyd eləməliyəm ki, Azərbaycan prezidentinin Rusiyaya səfəri vaxtı bu problemdən söz düşəndə sizin mövqeyiniz qəti və dəyişməz olaraq qalıb. Bu mövqe isə ondan ibarətdir ki, münaqişə beynəlxalq hüququn bütün prinsipləri əsasında həll olunmalıdır".
XS
SM
MD
LG