Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:58

Prezidentlərin görüşü mayın 7-də baş tuta bilər


"Ermənistana səfərimiz və orada keçirdiyimiz görüşlərdən belə qənaətə gəlmişəm ki, Dağlıq Qarabağ probleminin həlli prosesində irəliləyiş var. Bu çox yaxşıdır".

APA-nın xəbərinə görə, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayza bu gün Bakıya gələrkən belə deyib.

İyun ayında Sankt-Peterburqda keçirilməsi gözlənilən Dağlıq Qarabağ sammiti barədə sualı diplomat “Bu barədə Rusiya tərəfə sual verin” şəklində cavablandırıb. M. Brayza eyni zamanda belə bir sammitdən əvvəl Azərbaycan və Ermənistan prezidentləri arasında vacib görüşün olacağına ümid etdiyini deyib: O deyib ki, “görüşün mayın 7-də Praqada olmasına ümid edirlər, amma hələ məsələ dəqiqləşməyib.

ATƏT-in Azərbaycan-ermənistan münqaişəsinin həllində vasitəçilik eləyən Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Bakıya bu gün gəliblər. Həmsədrlər iki gün Bakıda olacaq və ölkə rəhbərliyiylə görüşlər keçiricək.
XS
SM
MD
LG