Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:41

«Bakıda ağac tapmırıq»


İlqar Mirzə
İlqar Mirzə
Fotoqraf İlqar Mirzə «Şəhərdə ağaclar» adlı foto-sessiyasını hazırlayarkən bu problemlə üzləşib.

«14-24» verilişinə danışan İlqarın fikrincə, ekoloji mövzulara fotoda toxunmaq bir tərəfdən çox asandır, amma digər tərəfdən bunun çətinliyi də var:

«Təbiətlə əlaqədar şəkillər – güllər, ağaclar, çox gözəl olur. Digər tərəfdən Bakıda ekoloji durum o qədər çətindir ki, fotoqrafların da işinə əngəl törədir. Məsələn, bir dəfə fotoqraf dostlarımla «Şəhərdə ağaclar» adlı foto-sessiya hazırlamaq istəyirdik, əfsuslar olsun ki, biz şəklini çəkməyə ağac tapa bilmirdik. Şəhər mühitində ağacın böyüməsi ilə əlaqədar ideyalarımızı həyata keçirmək istəyirdik, amma bu ağacların kütləvi qırılması dövrünə təsadüf edirdi. Hamımız həvəsdən düşdük. Artıq ağac anlayışı şəhərdən çox-çox uzaqlaşıb. Şəhərdə ağac mövzusu artıq aktuallığını itirib».

Rizvan Mehdizadə
Yaşıl Velosipedçilər Klubu da İlqarın toxunduğu problemlərlə bağlı fotoqraflar üçün foto-müsabiqə keçirir. Məqsəd Azərbaycanın ekoloji durumunu gündəmə gətirməkdir. Klubun idarə heyətinin üzvü Rizvan Mehdizadə deyir ki, «Azərbaycanı təmiz saxlayaq» şüarı altında keçirilən müsabiqə ictimaiyyətə təsir edə biləcək:

«Müsabiqənin bir mövzusu «Ekoloji nəqliyyat vasitələri və biz» adlanır. Bununla həm də insanlarda ekologiyaya ziyan vurmayan nəqliyyat vasitələri ideyası oyatmaqdır: «Biz istəyirik ki, ekoloji nəqliyyat vasitələrini biz adi insanlardan öyrənək».

Buna da bax:

XS
SM
MD
LG