Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:44

Hillari Klinton deyir ki, Pakistan dünya üçün bir «təhlükə» yaradır


ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Pakistan hökuməti ölkənin bir hissəsində islam qaydalarının olmasına razılaşmaqla Talibana «təslim oldu» və beləliklə də Pakistan dünya təhlükəsizliyi üçün bir hədəyə çevrilib.

Pakistan prezdienti Asif Əli Zərdarinin aprelin əvvəli İslamabadın 160 kilometrliyində yerləşən Svat regionunda islam qaydalarının həyata keçirilməsi qərarına münasibət bildirən xanım Klinton deyib ki, Pakistan «Taliban və ekstermistlərə boyun əyir».

Verilən məlumata Talibaçılar Pakistanın şimal qərbində nəzarəti genişləndirirlər.
Bu barədə yerli hakimiyyətin nümayəndələri xəbər verir.Onların sözlərinə görə xeyli sayda yaraqlı Svat vadisinin ətrafındakı Buner rayonuna girərək nəzarət-buraxılış məntəqələri qurmağa başlayıblar.

Bu yaxınlarda Pakistanın hakim dairələrilə yaraqlılar arasında əldə olunmuş razılaşma əsasında Svat vadisi də daxil olmaqla ölkənin şimal-qərbində şəriət qaydaları tətbiq olunub.

Tənqidçilər hesab edir ki, bu bölgə yaraqlıların dayaq məntəqəsinə çeviriləcək.
XS
SM
MD
LG