Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:16

Gürcüstan müxalifətinə regionlardan da tərəfdarlar qoşulublar


Gürcüstanın əyalətlərdən olan minlələr tərəfdarı prezident Mixeil Saakaşvilinin istefasını tələb edən nümayişçilərə qoşulmaq üçün Tbilisiyə gəliblər.

Verilən məlumata görə aprelin 22-i 600-ə yaxın avtomobil, avtobus və kiçik avtobuslara yerləşmiş müxalifət tərəfdarları Gürcüsntanın qərb regionlarından Tbilisiyə axışıblar. Tərəfdarlar parlament qarşısına yığışmış izdihama qoşulublar.

Müxalifət liderləri aprelin 9-u başlayan və hələ də davam edən gündəlik nümayişləri davam etdirməyə söz veriblər. Onlar prezidenti keçən ilin avqustina Rusiya ilə müharibəyə başlamaqda və avtokrat idarəeətmədə günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG