Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:12

«Gəncəfilm» ilk filmini təqdim etdi


Gəncədə «Gəncəfilm» studiyası açılıb. Bu studiyanın ilk sənədli filmi isə təhsillə bağlıdır. Filmin təqdimat mərasimində studiyanın rəhbəri Xalidə Babayeva dedi ki, sənədli filmlər çəkmək üçün Gəncədə texniki və yaradıcı potensial var. Xanım Babayevanın sözlərinə görə, ilk film qrant hesabına çəkilib. 3600 dollara büdcəsi olan, regionlarda təhsilin vəziyyətini əks etdirən filmin İctimai Televiziyada nümayişi üçün danışıqlar aparılır. Xalidə Babayeva deyir ki, növbəti film Gəncə və ətraf rayonların yollarının təmiri üçün dövlət büdcəsindən ayrılan vəsaitin necə xərclənməsindən bəhs edəcək.
XS
SM
MD
LG