Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33

İran bir daha nüvə fəaliyyətini davam etrdirəcəyini bəyan edib


İran nüvə proqramıyla bağlı beynəlxalq aləmlə əməli müzakirələri alqışlayıb, amma eyni zamanda nüvə fəaliyyətini davam etdirəcəyini bəyan edib.

Bəyanatı bu gün İranın dövlət televiziyası yayıb.

BMT-nin daimi üzvü olan 5 ölkə və Almaniya bundan əvvəl Tehranı onun nüvə proqramıyla bağlı yeni danışıqlara başlamağa çağırmışdılar.

Birləşmiş Ştatlar və qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırırlar.

Tehransa ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG